Ölkə

  • Demokratik Müstəmləkələr.
  • Ən pis və təhlükəli idarəetmə həyatından bezmiş və daima intihar edən cəmiyyəti idarə etməkdir. Çünki bir gün bu bezmiş insanlar heçnəyə baxmadan onu idarə edənləri buna görə cəzalandıracaqlar.
  • Bura Azərbaycandır, nə vəhşi qərb kimi vəhşidir, nə də sakit şərq kimi yazıqdır. Anormal bir yer kimidir, burdan hər şey gözləmək olar.
  • Ermanistanda orta yaş həddi 72, Azərbaycanda 65 -dir. Onlari qalibiyyət hissi yaşadır, bizi isə məğlubiyyət hissi tez öldürür.
  • Hansı ölkələrdə çoxlu erməni yaşayırsa o ölkələrin ərazisində də ermənilərin dövlət yaratmağı üçün imkan verilməsini tələb etmək üçün azərbaycanlılar aksiya keçirməlidilər.
  • Xırda qarışqalar ona gore siyasetle maraqlanmalıdılar ki, böyük filler dalaşanda ayaqları altında qalıb qırılmasınlar.