İş

  • Karyerada nərdivanla qalxmaq lazımdır, əziyyətlə pilləkanlar tikmək illər aparır.
  • Əgər sən aldığın ali təhsillə öz sahən üzrə işləmirsənsə, deməli hal hazırda işlədiyin sahədə sən orta təhsillisən.
  • Bir kollektivin düşməni ve onu dağıdan səbəb "hərə özü üçün" və "başlı başın saxlasın" prinsipidir.
  • Çoxbilən kimi görsənib heçnə bilməməkdənsə, az,təmiz və tam bilmək yaxşıdır.
  • Diplomu, sertifikatları olub asan problemləri həll edə bilməməkdənsə, bunlarsız çətin problemləri həll etmək min dəfə bundan yaxşıdır.
  • Ana dili ingilis dili olsada, hər ingilis kompüter mütəxəssisi deyil.
  • Bir çox işlərdə çoxu öz qohumun, yerlisin, dostun, tanışın işə götürdüyündən və ya düzəltdiyindən, nə qədər biliyin və təcrübən olursa olsun, işdə qalmaq istəyirsinizsə  rəsmi heç nəyə inanayın. Çünki belə yerlərdə aysberqin görünməyən üzü çox dərin olduğundan həqiqət bilinmir.
  • Son zamanlar insanların fikirləri, danışıqları daha çox oğurluq fikirlər olub ya köçürmələrdən ya da lazımsız spamlardan ibarətdir.
  • İşdə yalan dediyini bildiyiniz halda, gözünüzün içinə baxıb gülümsəyərək sizə yalan danışan adamlardan uzaq olun. Belələri hiyləgər, riyakar və şərəfsiz adam olur.
  • İş yaşa baxmır, vəzifəyə baxır.