İnsan

  • İnsan üçün dəətli kimisə fiziki itirmək deyil, onu mənəvi itirməkdir.Ən dəətli bu iki dəyərə maik olanı itirməkdir.
  • İnsanları idarə etməyin ən əsas yolu,onların ən çox dəyər verdikləri dəyərlərin arsına əlavə qatıb bunu onlara "yedirtməkdir".
  • İnsanlar ən çox hansı dəyərə üstünlük verib ona hörmət edirlərsə, həmişə hamin dəyərlər kənar təsirə və təcavüzə daha çox məruz qalır.
  • İnsanlar var - görur, insanlar var - eşidir ,insanlar var - deyinir, insanlar da var sadəcə - həll edir.
  • İnsanın həyatda nəyin bahasına olursa olsun yaşamağa çarəsi qalmayanda,o zaman o, hər yola baş vurur.
  • İnsanları onların problemlərindən,dərdlərindən istifadə edib idarə edirlər.
  • İnsan çətinə düşəndə bu çətinlikdən necə çıxış yolu tapmağa çalışmalıdır. Biz isə çətinliyə düşəndə həmin çətinlikə yoldaş olub onunla yaşamağa başlayırıq. Elə bil çətinliklərdən, əzablardan həzz alırıq.
  • İsan bədəni yerdə onun ruhunun yaşadığı məkandır. Hər bir insan bu məkanı yaşamağa görə bir cür istifadə edir. Alim - beynini, müğənni boğazını, idmançı - gücünü, fahişə - bədənini və s. Ən pisi isə insanın ruhun istismar edib ondan qazanc götürənlərdir. Belə insanıar şeytanın qullarıdır.Allah şeytana lənət eləsin və bizi ondan hifz etsin.
  • İnsan özünün  zahiri və fiziki görkəminə ona görə fikir verməlidir ki,mənəvi və ruhi sarsıntı keçirəndə heç olmasa daxilən puç olsada,zahirən normal olduğun görüb özündə bir ümid tapsın.