Bizim


  • Bizim haqqında düşünmək istəmədiyimiz, özümüzü anlamazlığa, görməməzliyə, qanmazlığa vurub yaxına buraxmadığımız fikirlər, nüanslar, problemlər biz istəməsəkdə bizim həyatımızda çox şeyi həll edir. Düşmənlərimiz də həmişə bundan istifadə edib qələbə qazanırlar.
  • Bizim bilmədiyimiz, təxmin edib təsəvvür edə bilməyəcəyimizi tətbiq edib həyata keçirənlər var.
  • Bizim millətdə geniş yayılmış "haralısan?" söznün mənbəyi xanlıqlar dövründən gəlir.
  • Bizim millət böyük bir qism əhali üçün baş vermiş fəlakətə "Elnən gələn toy-bayramdır" deyib onu qarşılamağı bacarır ,ancaq bu fəlakətin özünə "toy" tutub yola salmağı bacarmır.
  • Bizim millət özü olmaqdan başqa mütün millətlərə oxşamağı bacarır, ancaq özü olmağı bacarmır.
  • Bizim millət məscidə gedib Allaha ibadət edib ondan istədiyini diləmək əvəzinə, Allahın yaratdığı bəndəsinin türbəsinin üstünə gedib orda "rüşvət" verib, köməyi Allahdan deyil, insan olaraq ölmüş Allahın bir bəndəsindən, onun ruhundan diləyir.
  • Bizim millət dayanacaqda dayanıb eyni mənzilə, fərqli istiqamətlərdən gedən çoxlu avtobus görəndə çoxu dayanıb gözləyir. Avtobus yarım dolur, elə ki, sürücü mühərriki işə salıb yola düşməyə hazırlaşır, millət başlayır tez qaçıb avtobusa dolub, ayaq üstə getməyə. Hakimiyyətə gedən yol da Azerbaycanda belədir. Sən lazım olan vasitələri işə sal və göstər ki, yola düşürsən onda çoxu gəlib özün çatdırmağa çalışacaq.
  • Bizim millət ona gərə böyük millətdir ki, onun başında idarə edici olmadığı halda o, özün idarə etməyi bacarır.