Jan 1, 2011

Ön Söz

Hörmətli oxucu, bu bloqda fikirlərimi, düşüncələrimi və həmçinin digərlər şəxslərin diqqətimi cəlb edən fikirlərini yazıb və toplamışam.

  • Bədbəxtçiliyimiz ondadır ki, başımıza gələnləri yazmırıq, tariximizi yazmırıq. Yazsaq da oxumuruq. Ona görə də baş verən hadıisələr yaddan çıxır və unudulur.
  • Bir gün ərzində üç dəfə qarın üçün yeyəndə bir dəfə də beyin üçün "yemək" lazımdır.
  • Bir problemi həll edə bilmirsənsə bu o demək deyil ki, bu problemin həlli yoxdur. Sadəcə bu problemi həll etmək üçün sənin ya biliyin, elmin və yaxud da təcrübən çatmır.
  • Mən qarından ac deyiləm,beyindən acam. Heyif ki, gözlər ağız kimi "yeməyi" bacarmır.
  • İdeal heçnə yoxdur. Ən pis isə ideala yaxın hesab etdiyin kiminsə və ya nəyinsə çürük çıxmasıdır.
  • Həyat iki qaranlığın arasında olan qısa işiqlı zamandır.
  • Ağılsız gözəllik ürək ağrıdar.
  • Sayımız guya 9 milyon, 1-miz qaçqın, 1-miz qerbde, 2-miz rusda, 3-müz yuxuda, qalanlarıda kimdirlər bilinmir.  
  • Əgər siz özünüz üçün işləməsəniz, başqaları gəlib sizi özləri üçün işlədəcəklər. 
  • Bəzən bir yerdə sənə görə nəyinsə dəyişməsi üçün,sadəcə o yeri tərk edib getmək lazımdır.
  • Mən çox adamdan özümə qarşı hörmət, mərhəmət, məhəbbət, mədəniyyət, mərifət, sədaqət gözləmirəm. Çünki insanlarda indi əsas bunlar çatışmır.
  • Mən bu həyata yaşamaq üçün deyil, baxmaq üçün gəlmişəm. İndi də monitordan baxıram.
  • O adamlar xöşbəxt insanlardı ki, onlara həyatda hər şey vaxtında qismət olur.
  • 21-ci əsrin əvvəli - İntellektual Quldarlıq Dövrü.
  • Bir şeyin mənası yoxdursa ona maraq da olmur.
  • Allaha şükür ki, bu dünyada en deyerli şeyler helede pulsuzdur.
  • Azərbaycanca: Bas Getsin, İngiliscə: Pass4sure.
  • Bəzən heç danışmaq istəmirəm,sadəcə susmaq istəyirəm. Çünki hərdən məlumatsızlıqdan, biliksizlikdən, elmsizlikdən insan elə sözlər deyir ki,sonra bunu anlayanda gec olur. Bunun adina Səbr deyilir.
  • Həyətlərimizdəki hündür hasarlar, qapılarımızdakı dəmir darvazalar, pəncərəlrimizdəki dəmir çərçivələr millətimizin bir-birinə qarşı nə qədər inamsız olduğunu göstərir.
  • Dərd çəkmə, çalış əncam çək.
  • Əvvəl çox şey yox idi, ancaq güclü hisslər var idi. İndi çox şey var ancaq güclü hisslər yoxdur.
  • İstədiyin kimi ol,kiminsə istıdiyi kimi olma,ancaq ele et oz istəklərin səni uçuruma aparmasın.